İdman

Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər – AFİŞA

Sharing is caring!


Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Oxu.Az-ın məlumatına görə, əvvəlcə meydana “Sabah” klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Neftçi” və “Qəbələ”nin oyunları isə eyni saatda – 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

“Qırmızı-qaralar” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub – 2:3.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust

20:00. “Sabah” (Azərbaycan) – RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun – 2:0
“Bank Respublika Arena”

21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun – 2:2
8-ci km stadionu

21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun – 3:2
Nikosiya, “GSP Arena”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir