Cəmiyyət

Bakıda doqquzmərtəbəli binada yanğın baş verib

Sharing is caring!


Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 75 kvadratmetr olan üçotaqlı mənzildə bir ədəd televizor, bir ədəd televizor stendi, bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və pərdə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir