İdman

Adrian Mutu “Neftçi”də qarşısına qoyulan hədəfləri açıqlayıb

Sharing is caring!


“Neftçi”nin baş məşqçisi Adrian Mutu qarşısına qoyulan vəzifələri açıqlayıb.

“Report”un məlumatına görə, rumıniyalı mütəxəssis bu barədə “Sport-Ekspress” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, 2023/2024 mövsümündə əsas hədəfləri Premyer Liqada çempion olmaq və Azərbaycan Kubokunu qazanmaqdır: “Nə vaxtsa “Fiorentina”ya başçılıq etmək istərdim. Bu klubu çox sevirəm. Amma hazırda bütün fikrimi “Neftçi”də işləməyə yönəltmişəm. Qarşımızdakı məqsədlərə çatmaq üçün bütün gücümü ortaya qoymalıyam”.

Qeyd edək ki, Adrian Mutu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir