İqtisadiyyat

Mikayıl Cabbarov: “18 innovativ layihənin hər birinə 25 min manat vəsait ayrılıb” – FOTO

Sharing is caring!

“İnnovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb”.

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir:

“Bu innovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb. Təhsil Nazirliyi və SABAH.lab Startap Akselerasiya Mərkəzi tərəfindən keçirilmiş “Baku ID Summer-22” (Bakı İnvestisiya Günü) startapların təşviqi, yerli layihələrin xarici investorlara təqdim edilməsi baxımından önəmlidir”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir