Dünya

Riyad Mahrez rəsmən Səudiyyə klubunda

Sharing is caring!


“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib.  

32 yaşlı əlcəzairli futbolçunun müqaviləsi 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

Verilən məlumata görə, transferin məbləği 30 milyon avro və üstəlik də bonus olaraq 5 milyon avro təşkil edib.

Qeyd edək ki, Mahrez “Mançester Siti”yə 2018-ci ildə “Lester”dən keçid edib. Yarımmüdafiəçi klubun heyətində 236 oyun keçirib, 78 qol vurub, 59 məhsuldar ötürmə verib. Mahrez “Lester”lə bir dəfə Premyer Liqada qalibiyyət qazanıb olub, “Mançester Siti” ilə isə dördqat İngiltərə çempionu olub. O, ötən mövsüm Çempionlar Liqasında qalibiyyət əldə edib.

Mənbə: Sport24.ru

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir