İdman

Futbol klublarının transfer xərcləri rekord həddə çatdı

Sharing is caring!

Futbol klubları qış transfer pəncərəsi zamanı ümumilikdə 1,57 milyard dollar xərcləyərək rekorda imza atıblar.

Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) cümə axşamı təşkilatın rəsmi saytında dərc olunan yanvar ayı üzrə maliyyə hesabatında deyilir.

Bildirilir ki, qış transfer pəncərəsində ən çox maliyyə xərclərinə görə əvvəlki rekord 2018-ci ilin yanvarında 1,3 milyard dollardan çox olub.

Hesabata əsasən, 2023-cü ilin yanvarında klub dəyişdirən futbolçuların sayı 4387 nəfərdir. Kişi futbolunda transferlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə (3 834 oyunçu) 14,4%, transfer haqlarının ümumi dəyəri isə 49,4% artıb.

İngiltərə klubları 2023-cü ilin yanvarında oyunçulara ən çox pul xərcləyən komandalar olublar – 898,6 milyon dollar. Bu məbləğ həm də rekord göstərici olmaqla, keçənilki nailiyyətdən 150% çoxdur. İkinci yerdə Fransa (131,9 milyon dollar), üçüncü yerdə Almaniya (85,8 milyon dollar) klubları qərarlaşıb.

Qadın futbolunda 341 futbolçu klubunu dəyişib, ümumi transfer xərcləri 774,3 min dollar təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir