Dünya

Çilidə komendant saatı tətbiq edilib

Sharing is caring!

Ölkənin cənubunda və mərkəzində davam edən meşə yanğınları səbəbindən Çilinin 28 bölgəsində komendant saatı tətbiq edilib.

Çili prezidenti Qabriel Boriçin elan etdiyi tədbir fevralın 10-da qüvvəyə minib.

Yeni tələblərə əsasın yerli vaxtla saat 00:00-dan 05:00-dək yaşayış yerini tərk etməli olan insanlar bunun üçün xüsusi olaraq müvafiq orqanlara müraciət etməlidirlər. Müraciət xüsusi proqramdan istifadə edərək İnternet vasitəsilə və ya istənilən polis bölməsində şəxsən edilə bilər.

Komendant saatı Milli Meşə Korporasiyasının, Milli Fəlakət Xəbərdarlığı və Cavab Xidmətinin əməkdaşlarına, könüllü yanğınsöndürənlərə, meşə təsərrüfatı qruplarının üzvlərinə, tibb işçilərinə, hərbi qulluqçulara, polis əməkdaşlarına və həmçinin lazımi qaydada akkreditə olunmuş jurnalistlərə şamil edilmir.

Qeyd edək ki, Çilidə meşə yanğınlarından 5569 nəfər zərər çəkib, 24 nəfər həlak olub. Çili Daxili İşlər Nazirliyinin məlumatına görə, Maule, Nyubl, Bio-Bio və Araukaniya ərazilərində yanğınlar nəticəsində 1180 ev məhv olub.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir