İdman

Konfrans Liqası: “Qəbələ”nin potensial rəqibləri ilk oyunlarını keçiriblər

Sharing is caring!


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin daha bir oyunu başa çatıb.

“Report”un məlumatına görə, “Qəbələ”nin növbəti raunddakı potensial rəqiblərindən Danimarka “Midtullan”ı Lüksemburqun “Proqres” komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 38-ci dəqiqədə Henrik Dalsqard və 60-cı dəqiqədə Sori Kaba vurub. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Lüksemburqda olacaq.

Bu qarşılaşmanın qalibi növbəti raundda “Qəbələ” – “Omoniya” (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qəbələ” ilk qarşılaşmasını iyulun 27-də evdə, cavab matçını bundan bir həftə sonra səfərdə keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir