İdman

Avropa çempionatı: Azərbaycanın basketbol yığması yarımfinala yüksəldi – FOTO

Sharing is caring!


Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, yığma buna B qrupundakı son oyunda San Marino seçməsinə 96:47 hesabı ilə qalib gəlməklə nail olub.

Növbəti mərhələyə qrup lideri kimi adlayan kollektiv finala gedən yolda Kosovo – Andorra cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir