İdman

Avropa birinciliyi: Azərbaycan boksçusu qələbə ilə başladı

Sharing is caring!


Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı italiyalı Françesko Krusilyanı (İtaliya) məğlub edib.

1/16 final mərhələsində baş tutan döyüş təmsilçimizin 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesablı qələbəsi ilə başa çatıb. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir