İdman

Azərbaycan çempionatları tarixinin bombardiri kimdir?

Sharing is caring!


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan çempionatları tarixinin ən məhsuldar futbolçularının siyahısını dərc edib.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, 1992-ci ildən təşkil edilən ölkə çempionatının rekordçusu Nazim Əliyev dörd komandanın heyətində ümumilikdə 183 qol vurub. Onu 125 qolla Müşfiq Hüseynov təqib edir. İlk üçlüyü Rövşən Əhmədov qapayır – 116 qol.

Samir Ələkbərov və Qurban Qurbanov 115, Alay Bəhramov 108, Nadir Nəbiyev 103, Vadim Vasilyev və Xaqani Məmmədov 102, Kənan Kərimov isə 101 qolla növbəti sıralarda qərarlaşıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir