İdman

“Qarabağ”ın futbolçusu: “Çox da aqressiv deyildim”

Sharing is caring!


“Qalib gəldiyimizə və ikinci mərhələyə adladığımıza görə şadam. İlk matçdan daha yaxşı oynadıq”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə “Qarabağ”ın futbolçusu Marko Veşoviç Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubuna qarşı cavab oyunu (4:0, ilk matç – 2:1) barədə danışarkən deyib:

Monteneqrolu müdafiəçi bu görüşün ilk matçdan daha asan keçdiyini bildirib:

“Yeddi gündür, bir yerdəyik. Bir həftə ərzində cavab matçına hazırlaşmağa rahat vaxtımız oldu. İkinci oyundakı performansımız bizi qane edir”.

Futbolçu turnirin ikinci təsnifat mərhələsindəki rəqibləri, daha əvvəl yoxlama oyununda məğlub olduqları Polşa çempionu “Rakuv” barədə fikirlərini bölüşüb:

“İndi vəziyyət fərqlidir, qışdakı matçdan fərqli oyun izləyəcəyik. Təbii ki, bu oyun mərhələ adlamaq uğrunda olacaq. Ona görə bizi gərgin matç gözləyir. Yaxşı hazırlaşmağımıza vaxtımız var”.

M.Veşoviç oyun ərzində aqressiv olmasına belə münasibət bildirib:

“Çox da aqressiv deyildim. Bir epizod oldu ki, aqressiv davrandım. Bu da komanda yoldaşımı müdafiə etmək baxımından idi. Yəni, ona görə etmişdim, başqa problem yox idi”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir