İqtisadiyyat

Azərbaycan Dünya Bankı ilə investisiya layihələrinin indikativ proqramını müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Dünya Bankı tərəfindən hazırlanmış investisiya layihələrinin indikativ proqramını müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə bank ilə ölkəmiz arasında əməkdaşlığın gündəliyində olan məsələləri müzakirə edilib”, – nazir qeyd edib.

M.Cabbarov bildirib ki, R.Prays ilə 2023-28-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir