İdman

Azərbaycan Premyer Liqası üçün sponsor nə vaxt müəyyənləşəcək?

Sharing is caring!


“Azərbaycan Premyer Liqasının növbəti mövsüm üçün sponsoru hələ müəyyənləşməyib”.

Oxu.Az xəbər verir ki, barədə Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatması zamanı deyib.

O, qarşıdakı günlərdə məsələnin həll olunacağını söyləyib.

“Çempionatın adı ilə bağlı iki şirkətlə danışıqlar davam edir”, – A.Şahgəldiyev bildirib.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 4-də başlayacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir