İdman

Türkiyə voleybolçuları ilk dəfə dünya reytinqində birinci oldular

Sharing is caring!


ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilən FIVB Millətlər Liqasının finalında voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi Çinlə qarşılaşıb.

25-22, 22-25, 25-19, 25-16 hesablı setlər sayəsində rəqibini 3-1 hesabı ilə məğlub edən “sultanlar” komandanın tarixində ilk dəfə yarışın qızıl medalını qazanıblar. Bununla da, millilər Türkiyə voleybol tarixində ilk dəfə dünya sıralamasında birinci yerə yüksəlməyi bacarıblar.

Qeyd edək ki, ilk dəfə 2018-ci ildə Millətlər Liqası adı altında təşkil edilən turnirdə Türkiyə ikinci, 2019 və 2022-ci illərdə dördüncü, 2021-ci ildə isə üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, 2022-ci ilin sonlarından komandaya italyan baş məşqçisi Daniele Santarelli rəhbərlik edir.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir