İdman

“Cəlal Hüseynov çox perspektivli və komandamıza lazım olan müdafiəçidir” – Bolqarıstan klubunun rəsmisi

Sharing is caring!


“Biz Cəlalı izləyirdik və oyunlarına baxırdıq. Cəlal çox perspektivli və komandamıza lazım olan müdafiəçidir. Buna görə də “Zirə” klubu və onun keçidində bizə yardımçı olan agenti ilə danışıqlar apardıq. Transfer məbləği və onun komandamıza gəlməsi üçün lazım olan bütün şərtlərdə razılığa gəldik”.

Bu sözləri sportlife.az saytına açıqlamasında Bolqarıstanın “Arda” klubunun idman direktoru İvaylo Petkov azərbaycanlı oyunçu Cəlal Hüseynovun transferi barədə danışarkən deyib. Klub rəsmisi sözlərinə belə davam edib:

“Bu dəqiqə Cəlaldan gözləntimiz qısa zamanda komandamıza faydalı olması və oynamağa başlamasıdır. Tezliklə onun işçi vizası almasını gözləyirik. Düşünürəm ki, uyğunlaşma ilə bağlı heç bir problem yoxdur. Komanda onu yaxşı qəbul etdi. O, ingilis dilində danışır və biz hamımız ona özünü evdəki kimi hiss etməyə kömək edirik. Cəlal potensialı olan yaxşı oyunçudur və biz onu inkişaf etdirəcəyimizə inanırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir