Cəmiyyət

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub

Sharing is caring!




Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti bildirib.

“İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 kvadratmetr olan birotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 kvadratmetr sahədə yanıb”, – deyə məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir