İdman

“Yuventus” Bonuççini heyətdən kənarlaşdıraraq satışa çıxardı

Sharing is caring!


“Yuventus” Leonardo Bonuççini əsas komandadan çıxarıb.

Turin klubunun direktorları Covanni Manna və Kristiano Cuntoli müdafiəçiyə onun əsas komandadan kənarlaşdırıldığı barədə xəbərdarlıq ediblər.

Məlumata görə, futbolçu xəbərdən şoka düşsə də, bu qərarla razılaşıb.

Onunla yanaşı yarımmüdafiəçilər Denis Zakaria, Veston Makkenni və Artur da əsas heyətdən kənarlaşdırılaraq satışa çıxarılıb.

Bildirilir ki, Bonuççi komandadan ayrı məşq edəcək və “Yuventus”un ABŞ turunu buraxacaq.
Klub futbolçunu satışa çıxarıb. Artıq “Yuventus”un yeni kapitanı Danilo olacaq.

İndi Leonardonun gələcəyi onun agentindən asılıdır. Futbolçunun özü 2024-cü ildə müqavilənin müddəti başa çatana qədər “Qoca sinyora” ilə qalmaq istəyib.

Qeyd edək ki, Bonuççi 2010-cu ildə “Yuventus”a keçib. 2017-ci ildə müdafiəçi “Milan”a transfer olunsa da, bir ildən sonra Turinə qayıdıb.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir