İdman

“Araz-Naxçıvan”ın prezidenti məlum oldu

Sharing is caring!


2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ümumi yığıncağı keçirilib.

Naxçıvan təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50%) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50%) – barədə məlumat verilib.

İclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər də keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.

Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.

İdarə Heyətinin tərkibi:

Ramin Axundov – Sədr (Prezident)

Nurlan Həsənov

Ceyhun Məmmədov

İmran Kələşov

Müşahidə Şurasının tərkibi:

Vüqar Abbasov – sədr

Orxan Hüseynov – sədr müavini

Taleh İbrahimov – üzv

Elxan Babayev – üzv

Rövnəq Xəlilov – üzv

Mahir Şıxəliyev – üzv

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, hüquq fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir