İdman

“Masters” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum oldu

Sharing is caring!


Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Masters” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında yer alan məlumata görə, ölkəmiz yarışda 12 idmançı ilə təmsil olunacaq.

Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov, Uşangi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarış 4-6 avqustda təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir