İdman

“Neftçi” bu gün Serbiya nəhəngi ilə qarşılaşacaq

Sharing is caring!


Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, hazırda baş məşqçisiz olan “ağ-qaralar” Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşacaq.

Sankt-Peterburqdakı “Smena” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.

“Match TV” turniri

8 iyul

20:30. “Neftçi” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya)

Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov
Var hakimi: Nikolay Voloşin
Sankt-Peterburq, “Smena” stadionu

Qeyd edək ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir