İdman

Azərbaycanlı futbolçu “Ararat”la oyunlar üçün sifariş olunub

Sharing is caring!


Albaniyanın “Eqnatiya” klubu yenicə transfer etdiyi Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Ermənistanın “Ararat” klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

Bu barədə “Report”a 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin özü açıqlama verib. Vingerin sözlərinə görə, Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində onun da adı var:

“Amma Ermənistandakı ilk matça gedib-getməyəcəyim hələ bəlli deyil. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, “Ararat”a qarşı oynamaq şansı qazanım”.

Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya” ilə üç illik müqavilə imzalayıb. Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir