İdman

Azərbaycan karateçisi: “Bayrağımıza edilən hörmətsizliyə göz yummadım” – VİDEO

Sharing is caring!


“Yarışa getməzdən öncə orada erməni idmançılarının iştirak edəcəyini bildirik”.

Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatına – onların Azərbaycan bayrağının üzərinə öz bayraqlarını asmalarına imkan verməyən karateçimiz Zəki Cəfərzadə deyib.

İdmançı qeyd edib ki, ermənilərlə heç bir problem yaşamamağa çalışıblar:

“Lakin onlar bizim bayrağımızın üzərinə öz bayraqlarını qoymağa çalışdılar. Mən bunu ilk gördüyüm anda reaksiya verərək, iradımı bildirdim. Təbii ki, etirazım nəticəsiz qalmadı. Hər şeydən əvvəl bir Azərbaycan vətəndaşı kimi bayrağımıza edilən hörmətsizliyə göz yummadım”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir