Cəmiyyət

Ukraynadakı səfirliyimizin yaxınlığı raketlə vuruldu: Azyaşlı yaralandı, atası öldü – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

Bildirib ki, ötən gün Kiyevin mərkəzi raket atəşinə tutulub. Orada yerləşən böyük yaşayış kompleksinin raket atəşinə məruz qalması nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan biri altı yaşlı qızdır. M.Aslanov vəfat edən şəxsin yaralanan azyaşlının atası olduğunu vurğulayıb.

Mübariz qeyd edib ki, raketin atıldığı ərazi Azərbaycanın Ukraynadakı səfirliyinin bir kilometr yaxınlığındadır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir