Dünya

Ukraynalılardan minaları axtarmaq üçün qəribə üsul

Sharing is caring!


Ukraynalı fermerlər Rusiya ordusunun basdırdığı minaları axtarmaq üçün tarlaları yandırırlar.

Bu barədə ukraynalı fermer Aleksandr Korlol “The Times”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, rusiyalı hərbçilər öz mövqelərini möhkəmləndirmək üçün əraziləri minalayıb, sonra tərk ediblər.

“Fermerlər bunun minaları aşkar etməyə kömək edəcəyini düşünərək tarlaları yandırırlar. Əslində bu, vəziyyəti çətinləşdirir. Metal qutular əriyir və detonasiya qaytanı gözdən itir”, – deyə o vurğulayıb.

Güman edilir ki, Ukraynanın şərqindəki döyüş xətti boyunca 600 mil (təxminən 965,6 kilometr) ərazi minalanıb. Məlumata görə, minalar üç cərgədə düzülür və istehkamçılar çox vaxt bir kvadratmetrdə beş sursat tapırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir