İdman

“Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub

Sharing is caring!


Qəbələnin evsahibliyi edəcəyi “Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub.

Turnirin mətbuat xidməti xəbər verir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb.

Onun əvəzinə Hindistan şahmatçısı Arcun Eriqaysi ilk dəfə “Vüqar Həşimov Memorialı”na dəvət olunub.

14 yaşında beynəlxalq qrosmeyster olan Arcun Eriqaysi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır. Ötən il Sinqapurdan olan şirkətlə 1,5 milyon dollarlıq sponsor müqaviləsi imzalamaqla diqqət çəkib.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 8-11-i aralığında Qəbələdə təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir