Dünya

Çin əcnəbilər üçün giriş qaydalarını yumşaldır

Sharing is caring!

Çin hökuməti noyabrın 11-dən əcnəbilər üçün giriş qaydalarını yumşaldıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Yenilənmiş protokollara əsasən, Asiya ölkəsinə yollanan səyahətçilər üçün məcburi karantin müddəti 10 gündən səkkiz günə endirilib. 

“Xaricdən ölkəyə daxil olan şəxslər üçün “yeddi gün mərkəzləşdirilmiş karantin + üç günlük evdə müşahidə” düsturu “beş günlük mərkəzləşdirilmiş karantin + üç günlük evdə müşahidə” formasına uyğunlaşdırılacaq”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, sərnişinlər indi 48 saat əvvəl iki yox, bir PZR testindən keçməlidirlər.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir