İdman

PSJ-nin baş məşqçisindən Messinin gedişi barədə AÇIQLAMA

Sharing is caring!


“Argentinalı ulduz futbolçu Lionel Messi cari mövsümün sonunda PSJ-ni tərk edəcək”.

Bunu klubun baş məşqçisi Kristof Qaltye deyib.

“Futbol tarixinin ən yaxşı oyunçusuna məşq keçmək mənim üçün şərəf idi. Messi son matçını “Park de Prens”də keçirəcək. Ümid edirəm ki, onu ən yaxşı şəkildə qarşılayacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, Messi bu mövsüm PSJ-də 38 matçda 20 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

İyunun 3-də PSJ Fransa çempionatının 2022/2023 mövsümündə son oyununu “Klermon”a qarşı keçirəcək.

Mənbə: Footmercato

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir