İdman

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayır

Sharing is caring!


Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı başlayır.

Oxu.Az xəbər verir ki, 38 ölkədən 315 idmançının qatılacağı turnir “Ulduz kimi parla” şüarı ilə keçiriləcək.

Beş gün davam edəcək çempionatda gimnastlar fərdi proqramda və qrup komandalarında çıxış edəcəklər. Avropa çempionatı mayın 21-də başa çatacaq.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatıdır. Paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir