İdman

Şahin Bağırov Azərbaycan voleybolunda əsas hədəfləri açıqladı

Sharing is caring!


“Azərbaycanda voleybol məşhur idman növüdür. Klub komandalarımız beynəlxalq yarışlarda kifayət qədər yaxşı nəticələr əldə ediblər”. 

Bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov söyləyib. 

Yeni baş məşqçi Ataman Güneyligilin təqdimat konfransında çıxış edən qurum rəhbərinin sözlərinə görə, əsas hədəf kütləvilik və mükəmməl infrastrukturun qurulmasıdır: 

“Hesab edirik ki, nailiyyətlər davamlı olmalıdır. Bütün yaş qruplarının inkişafını təmin etməyə çalışacağıq. Əsas hədəfimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır. Məşhur idmançıların seminar və master-klaslarını keçirmək istəyirik. Xarici ölkələrdə də uğur qazanmış voleybolçuları ölkəmizə dəvət edəcəyik. Bundan başqa bütün yaş qrupları üzrə yaxşı məşqçi ordusu yaratmalıyıq. Federasiya olaraq bütün səylərimizi voleybolun inkişafına yönəldəcək”. 

Ş.Bağırov A.Güneyligilin milli komandaya baş məşqçi təyin edilməsi ilə bağlı fikirlərini bildirib: 

“Türkiyədə voleybol yüksək səviyyədədir. Ona görə nəzərə aldıq ki, “Qalatasaray”da çalışmış Ataman Güneyligili bura dəvət etdik. O və fiziki məşqçi yaxın üç ay ərzində yığmada çalışacaqlar. Onların təcrübəsindən yararlanmağa çalışacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir