İdman

Azərbaycan çempionatlarında komanda sayı artırılacaq

Sharing is caring!


Voleybol üzrə qadınlar və kişilər arasında Yüksək Liqalarda komandaların sayının artırılması nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mətbuat konfransında deyib.

“Yüksək Liqada dörd komanda var. Voleybolçuları peşəkarlığının artırılması üçün bu say kifayət etmir. Hesab edirik ki, say artırılmalıdır. Maliyyə dayanıqlığı təmin edə bilsək və komandalar tapsaq, sayı 6-ya çatdırmaq istəyirik. Oyunlar nə qədər çox olsa, bu, voleybolun inkişafına xidmət edəcək”, – deyə Ş.Bağırov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir