Dünya

Rusiyada dördüncü mərtəbədən yıxılan körpə sağ qaldı – FOTO

Sharing is caring!


Moskvada yoldan keçənlər Selskoxozaystvennaya küçəsindəki yaşayış binasının yaxınlığında bir yaşlı uşaq aşkar ediblər.

Yerli prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, uşaq həkimlərə təhvil verilib.

Məlumata görə, körpədə heç bir bədən xəsarəti qeydə alınmayıb. O, həkimlər tərəfindən müayinə olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağı küçəyə atan şəxsin kimliyini araşdırıblar.

Məlum olub ki, körpə anası ilə binanın dördüncü mərtəbəsindəki mənzildə yaşayır. 24 yaşlı ana yuxuya gedərkən, baxımsız qalan balaca pəncərədən yerə yıxılıb.

Mənbə: “Komsomolskaya Pravda”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir