İdman

Azərbaycan derbisi tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyaları – ARAŞDIRMA

Sharing is caring!


Premyer Liqanın XXXII turunda “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən “Qarabağ” əzəli rəqibi önündə Azərbaycan derbilərindəki uğurlu seriyasını davam etdirib.

“Report”un araşdırmasına görə, çempionatın son 8 oyununda “ağ-qaralar”a uduzmayan Ağdam təmsilçisi ən uzunmüddətli məğlubiyyətsizlik rekorduna bir addım da yaxınlaşıb.

Azərbaycan çempionatları tarixində yalnız bir dəfə iki komandadan biri digəri önündə 9 matçlıq uğurlu seriya yaxalayıb. Bu, 2016-2018-ci illərə təsadüf edib. 20 fevral 2016 – 14 mart 2018-ci illər aralığında Qurban Qurbanovun kollektivi 7 görüşdə qələbə qazanıb, 2-də isə heç-heçə edib.

2021-ci il sentyabrın 12-dən uğurlu seriyaya başlayan “Qarabağ” növbəti mövsümün ilk duelində “Neftçi”yə məğlub olmasa, rekordu təkrarlayacaq. Qalibiyyət təqdirində isə ağdamlılar 9 matçlıq periodda ilk dəfə 8 qələbə qazanmış olacaqlar.

Ümumiyyətlə, indiyə qədər “Qarabağ” iki dəfə 8, bir dəfə 7 görüşlük seriyaya nail olub. “Neftçi” isə iki müxtəlif dönəmdə ardıcıl 7 qarşılaşmada “Qarabağ”a uduzmayıb.

Seriyalar zamanı ən çox qol hazırda davam edən dönəmdə vurulub. Buna qədər ən məhsuldar dövr 2013-2015-ci illərə təsadüf etmişdi. Həmin vaxt iki komanda birlikdə 23 dəfə fərqlənmişdi. Davam edən seriyada isə təkcə “Qarabağ” “Neftçi”ni 24 dəfə mərkəzə dəvət edib.

20 fevral 2016 – 14 mart 2018: 9 oyun
“Qarabağ”dan 7 qələbə, 2 heç-heçə. Top fərqi – 16:4

12 sentyabr 2021 – 2 may 2023: 8 oyun
“Qarabağ”dan 7 qələbə, 1 heç-heçə. Top fərqi – 24:7

8 dekabr 2013 – 26 sentyabr 2015: 8 oyun
“Qarabağ”dan 5 qələbə, 3 heç-heçə. Top fərqi – 16:7

17 may 1997 – 15 may 1999: 7 oyun
“Qarabağ”dan 4 qələbə, 3 heç-heçə. Top fərqi – 6:2

22 avqust 2005 – 8 noyabr 2008: 7 oyun
“Neftçi”dən 2 qələbə, 5 heç-heçə. Top fərqi – 7:3

2 oktyabr 1994 – 11 dekabr 1996: 7 oyun
“Neftçi”dən 2 qələbə, 5 heç-heçə. Top fərqi – 10:8

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir