İdman

Azərbaycanın dörd güləşçisi “Çempionlar” turnirində medal qazandı – FOTO

Sharing is caring!


Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.

Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, ənənəvi yarışın 2-ci günündə daha dörd güləşçimiz fəxri kürsüyə qalxıb.

Qadın güləşində Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Onunla eyni çəkidə yer alan Əsmər Cankurtaran isə bürünc medal qazanıb.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) çempion olub. Təbriz Bayramov (86 kq) isə üçüncü yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir