İdman

Azlıqda qalan “Fənərbağça” səfər qələbəsi ilə “Qalatasaray”a yaxınlaşdı – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasında XXXII tur davam edir.

Oxu.Az xəbər verir ki, çempionluğa oynayan “Fənərbağça” səfərdə “Sivasspor”a qalib gəlib – 3:1.

İstanbul klubu hər üç qolu ilk hissədə vurub. Rəqib isə ikinci yarının sonlarında təsəlli qoluna imza ata bilib.

“Fənərbağça” 45+5-ci dəqiqədə İrfan Can Kahvecinin qırmızı vərəqə almasından sonra 10 nəfərlə mübarizə aparıb.

Qələbə sayəsində xalını 67-yə çatdıran “Fənər” ikincidir və bir oyun çox keçirdiyi “Qaılatasaray”dan üç xal geri qalır.

21:28

Türkiyə Super Liqasının XXXII turunda “Fənərbağça” səfərdə “Sivasspor”la qarşılaşır.

Oxu.Az xəbər verir ki, İstanbul klubu bu matçda ciddi itki ilə üzləşib.

Komandanın hücumçusu Enner Valensiya oyunun əvvəlində rəqib qapıçı Ali Şaşalla toqquşub.

Ağır zədə alan forvard təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Super Liqanın bombardirinin huşu özündə olub.

İlk hissədən sonra “Fənərbağça” 3:0 hesabı ilə öndədir.

  Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir