Cəmiyyət

Şəmkirdə 27 yaşlı qadın dərmandan zəhərlənib

Sharing is caring!

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində baş verib.

1995-ci il təvəllüdlü Z.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

27 yaşlı qadının hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir