İdman

“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi

Sharing is caring!


“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi mayın 6-da keçirməyəcək.

XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.

“Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir