İdman

Mikayıl Cabbarov: “Belə əlamətdar gündə məğlub ola bilməzdik!” – FOTO

Sharing is caring!


“Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atdı”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz “Facebook” səhifəsində yazıb.

Federasiya prezidenti qeyd edib ki, idmançılarımız yarışın son günündə 2 qızıl, 1 bürünc medal qazanıb:

“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik!”

“Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazandı”, – deyə Mikayıl Cabbarov bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir