İdman

PSJ Mbappenin qolları ilə autsayderi məğlub etdi – VİDEO

Sharing is caring!


Fransa Liqa 1-də XXXII tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış oyununda lider PSJ autsayder “Anje”nin qonağı olub.

Matç parislilərin qələbəsi ilə başa çatıb – 2:1

PSJ-nin hər iki qolunu Kilian Mbappe vurub. O, 9 və 26-cı dəqiqələrdə fərqlənib.

Meydan sahiblərinin yeganə qolunu 87-ci dəqiqədə Sada Tiub vurub.

Qələbə sayəsində xallarını 75-ə çatdıran PSJ vahid liderdir.

Komanda bir oyun az keçirən ən yaxın izləyicisi “Marsel”i 11 xal üstələyir. “Anje” 14 xalla sonuncu – 20-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir