İdman

Avropa çempionatı: Beş güləşçimiz mübarizəyə başlayır, üçü final görüşünə çıxacaq

Sharing is caring!


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. İdmançılarımızın hər biri 1/8 finaldan start verəcək.

60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gələcək. 67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kuliklə (Ukrayna) güləşəcək.

82 kq-da titullu pəhləvan Rafiq Hüseynov isveçrəli Mark Veberin (İsveçrə), 97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovun müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrunda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə gürcüstanlı Laşa Qobadzeylə bürünc medal uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir