Dünya

Tokioda Harri Potter parkı açılacaq

Sharing is caring!


İyunun 16-da Tokioda britaniyalı yazıçı Coan Roulinqin Harri Potter barədəki romanlarının qəhrəmanına həsr olunmuş əyləncə parkı açılacaq.

Bu barədə bazar günü parkın idarəedici şirkəti məlumat verib.

Məlumata görə, Tokionun şimal-qərbindəki Nerima rayonunda keçmiş Toşimaen əyləncə parkı və üzgüçülük hovuzunun yerində artıq tikinti başa çatmaq üzrədir. Parkın sahəsi 30 hektardır.

Biletlərin qiyməti böyüklər üçün 6300 yen (48 dollar), məktəblilər üçün 5200 yen (39,6 dollar) və dörd yaşdan yuxarı uşaqlar üçün 3800 yen (29 dollar) olacaq. Biletləri əvvəlcədən bron etmək lazımdır.

Qeyd edək ki, analoji park yalnız Britaniyada mövcuddur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir