Hadisə

“Azərişıq”da 1.5 milyonluq tender oyunu

Sharing is caring!

“Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün keçən il iyunun 27-də elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

Xəbəral.az “Report”a istinadla xəbər verir ki, tenderin qalibi “Tikinti Təmir RR” MMC elan edilib. 

Qalib şirkətə əlavə dəyər vergisi daxil olmaqla 1 549 307 manat pul ödəniləcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb. 

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manat olan “Tikinti Təmir RR” bu il yanvarın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımovdur.  

Cəmi 6 ay bundan yaranmış şirkətə 1.5 milyonluq tenderin verilməsi suallara səbəb olub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir