Dünya

Məşhur aktyor ilk dəfə ata olacaq

Sharing is caring!


Harry Potterin ifaçısı Deniel Redkliff və sevgilisi Erin Dark valideyn olmağa hazırlaşırlar.

Məlumata görə, cütlük hələ 2013-cü ildə “Sevdiklərini öldür” filminin çəkilişlərində tanış olub. 33 yaşlı Redkliff  “People” jurnalına verdiyi son müsahibədə özünü “xoşbəxt” hesab etdiyini etiraf edib.

Qeyd edək ki, ötən il aktyor “İtirilmiş şəhər” komediyasında və “Qəribə: El Yankoviçin hekayəsi” filmində rol alıb. Sonuncusu ona “Qızıl Qlobus” və BAFTA nominasiyaları qazandırıb.

Mənbə: film.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir