İdman

Cerrard məşhur klubun baş məşqçisi ola bilər

Sharing is caring!


İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Stiven Cerrard Yunanıstanda işləyə bilər.

“Olimpiakos” 42 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Pirey təmsilçisi yaxın günlərdə onunla danışıqlara başlamağı planlaşdırır.

Cerrard son olaraq İngiltərədə “Aston Villa”nı çalışdırıb. O, keçən ilin oktyabrından işsizdir.

Xatırladaq ki, “Olimpiakos”da bir müddət əvvəl baş məşqçi Miçel Qonsales istefa verib.

Mənbə: “The Sun”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir