İqtisadiyyat

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayevə yeni təyinat verildi

Sharing is caring!


İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri vəzifəsinə təyin edilib.

Fərid İsayev Böyük Britaniyanın Kinqston Universitetində (Kingston University) və Qərbi Kaspi Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat təhsili alıb. O, Alman-Azərbaycan Xarici Ticarət Palatasında Vergi, Hüquq və Gömrük Məsələləri üzrə Komitənin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunun üzvü olub.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir