İdman Manşetüstü

Millimizin futbolçusu La Liqa klubunun uğursuz transferi sayıldı

Sharing is caring!

İspaniyanın “Eybar” klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb.

Xəbəral.az “Mundodeportivo” nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb. 2015-ci ildə “Mursiya”dan icarə əsasında “Eybar”a keçən 28 yaşlı yarımmüdafiəçi həmin dönəmin ən uğursuz üç trasferindən biri olub.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustundan, İspaniya Sequndasında çıxış edən “Albasete”nin formasını geyinir. “Eybar” isə La Liqada 27 oyundan sonra 27 xalla 16-cı pillədə qərarlaşıb. İspaniyada futbol çempionatları martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir