İdman

Cavid Qurbanov vəzifələrindən birini itirir: Onu kimin əvəzləyəcəyi də məlumdur

Sharing is caring!


Azərbaycan Voleybol Federasiyasında (AVF) prezident dəyişikliyi olacaq.

Oxu.Az xəbər verir ki, Cavid Qurbanov postundan gedəcək. Bir müddət əvvəl Azərbaycan Atletika Federasiyasına prezident seçilən C.Qurbanovun hüquqi cəhətdən iki federasiyaya rəhbərlik etməsi doğru deyil. Bu səbəbdən o, postlarından birini təhvil verməli olacaq.

Cavid Qurbanovu kimin əvəzləyəcəyi də bəllidir. Kuluarlarda gəzən söhbətlərə görə, Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.

Azərbaycan Voleybol Federasiyasından Oxu.Az saytına bildirilib ki, gün ərzində məsələyə aydınlıq gəlməlidir.

Xatırladaq ki, Cavid Qurbanov 2016-cı ildən AVF-nin prezidentidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir