İdman

“Beşiktaş”ın futbolçusu “şənləndirici qaz” istifadə edərkən görüntüləndi – FOTO

Sharing is caring!


“Everton”dan keçən ilin yayında icarə əsasında “Beşiktaş”a keçən, lakin istənilən performansı göstərə bilməyən Dele Alli növbəti qalmaqalla gündəmə gəlib.

Zədəsi səbəbindən İstanbul klubunun düşərgəsini tərk edib ölkəsinə qayıdan ingilis futbolçu Salfordda dostları ilə əyləncə təşkil edib. Bu zaman o, “şənləndirici qaz” kimi tanınan azot oksiddən istifadə edib. 26 yaşlı futbolçunun həmin anda çəkilən fotosu sosial şəbəkələrdə yayılıb.

Azot oksid daha çox tibbi məqsədlər üçün istifadə edilsə də, ondan əyləncə və narkotik vasitə kimi yararlananlar da var. İngiltərədə bu, qadağan deyil, ancaq hökumətin gələcəkdə azot oksidin istifadəsinə məhdudiyyət qoymaqla bağlı planları var.

Dele Alli bu mövsüm “Beşiktaş”da 13 matç keçirib və 2 qol vurub.

Mənbə: “Daily Mail”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir