Dünya

On mindən çox avstraliyalını yağış evlərindən qovur – VİDEO

Sharing is caring!

Sidneyin cənub-qərbindəki qəsəbələrdə yaşayan 10 000-dən çox sakin bazar ertəsi günü yerli hakimiyyət orqanlarından təcili evakuasiya ilə bağlı göstəriş alıb. Şiddətli yağışlar qitənin şərq sahillərində geniş daşqınlara səbəb olub.

Bu barədə Yeni Cənubi Uelsin Baş naziri Dominik Perrot məlumat verib.

O qeyd edib ki, Sidneydə 70-dən çox bələdiyyə və şəhərətrafı ərazilərin sakinləri artıq təxliyə göstərişi alıb və bunun üçün bir neçə ixtisaslaşmış mərkəzlər açılıb. Daha 64 rayona evakuasiyaya hazırlaşmaq barədə xəbərdarlıq edilib.

“Təxliyə xəbərdarlığı verilərsə, lütfən, buna hazırlaşın. Evakuasiya əmri olarsa, dərhal ərazini tərk edin”, – deyə Perrot meqapolis sakinlərinə fövqəladə vəziyyət zamanı təcili evakuasiya barədə təlimatlara ciddi əməl etmələri ilə bağlı xəbərdarlıq edib.

Dövlət xilasetmə xidmətinin məlumatına görə, son sutka ərzində 1,6 minə yaxın yardım çağırışı daxil olub, 83 nəfər su basmış ərazilərdən xilas edilib. Avstraliyanın Baş naziri Entoni Albanezin qərarı ilə xilasedicilərə kömək məqsədilə Avstraliya Müdafiə Nazirliyinin 100-ə yaxın şəxsi heyəti və xüsusi texnikası, xüsusilə də çoxməqsədli ordu helikopterləri zərərçəkənlərin evakuasiyasına yardım üçün səfərbər edilib.

Ştatda çayların daşması ilə əlaqədar bir sıra magistral yollar bağlanıb, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Güclü külək və dalğalı dəniz səbəbilə sahilyanı ərazilərin sakinlərinə fırtına xəbərdarlığı edilib. Sidneydə hündürlüyü beş metrə çatan dalğalar səbəbindən bərələrin hərəkəti dayandırılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir