İdman

“Neftçi” Azərbaycan Premyer Liqasında rekordu yenilədi

Sharing is caring!


Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün sonuncu mükafatçısı da bəlli olub.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, “Qarabağ”la “Sabah”ın ardınca “Neftçi” də “üçlük”də yerini təmin edib.

Bu, XXIX turdan sonra rəsmiləşib. Bakılılar səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edərək xallarının sayını 60-a çatdırıblar.

“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaqlar. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.

Paytaxt klubu doqquz dəfə – 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/11, 2011/12, 2012/13 və 2020/21 mövsümlərində çempion titulunu qazanıb. “Ağ-qaralar” beş dəfə gümüş (2000/2001, 2006/2007, 2018/19, 2019/20, 2021/22), altı dəfə bürünc (1994/95, 1998/99, 1999/2000, 2005/2006, 2007/2008, 2017/18) mükafat qazanıblar.

Qeyd edək ki, “Neftçi” ardıcıl altıncı mövsümü “üçlük”də bitirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir